Azərbaycan regionda biomüxtəlifliyin qorunması sahəsindəki fəaliyyətinə görə təltif olunub
Azərbaycan regionda biomüxtəlifliyin qorunması sahəsindəki fəaliyyətinə görə təltif olunub.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan regionda bioloji müxtəlifliyin mühafizəsinə verdiyi töhfələrə və reintroduksiya layihələrində fəal iştirakına görə, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz Proqramı tərəfindən təltif olunub.
WWF Qafqaz Proqramının rəhbərliyi regionda biomüxtəlifliyin qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycana minnətdarlıq sertifikatı təqdim edib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF Azərbaycan ərazisində ceyranların, Avropa bizonunun tarixi areallarına reintroduksiyası və bəbirlərin populyasiyasının bərpası layihələri çərçivəsində sıx əməkdaşlıq edir.

