Yeni Azərbaycan Partiyasının yaradılması dövrü və o tarixi gündən keçən 30 ilin xalqımızla birgə keçən hər günü dərsliklərə salınmalı, tədris olunmalı və öyrənilməlidir.
Möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmagımdan sonra ilk iş günüm dövlətimizin müstəqilliyinin möhkəmlənməsini və qüdrətlənməsini parlaq və əbədiyaşar ideyalarına borclu olduğumuz xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdənin mərkəzindəki abidəsinin önünə YAP Bərdə rayon təşkilatının yaradılmasında xidmətləri olan ilk üzvlərdən bir qrupu ilə birlikdə gulqoyma ilə başlandı.
Daha sonra Mustafaagali kəndində uyuyan şəhidlərimizin və YAP Bərdə rayon təşkilatının yaradılmasında hər cür təzyiqlərə məruz qalsa da yolundan dönməyən, təşkilatın ilk sədri Abdıyev Azay Xum oglunun məzarı ziyarət olundu.
YAP- ın yaradılmasından cəmi 15 gün sonra, 04 dekabr 1992- çi il tarixdə yaradılmış rayon təşkilatının təşəbbüs qrupunun məramnaməsinin və ilk təsis konfransına hazırlıq işlərinin qərargahı olan indiki Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci ziyarət olundu. Burada həmin ilk təşəbbüs qrupunun üzvü Yaşar Zamanov çıxış edərək YAP-ın yaradılmasını zəruri edən çətin və şərəfli tarixin məqamlarina şahidi olduğu hadisələr fonunda işıq tutdu. YAP fəalları Raqub Yunusov, Nurayə Məmmədova, Aydın Zeynalov, Hacı Ramazan Hüseynov və başqaları YAP rayon təşkilatının o dövrdə müxalifətdə ikən yaradılması zamanı qarşılaşdıqları cətinlik və təzyiqlərdən, Azərbaycanın həqiqətən məhvolma təhlükəsi ilə üz-üzə qaldığından, ölkədə o dövrdəki anarxiyadan və bugün Azərbaycanın qüdrətli dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışdılar. Çıxışlarda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Partiyamizin Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar, böyük Zəfərlər, tarixi qələbələr xususu qiymətləndirildi.
Bir daha amalı xalqımızın ümummilli maraqları ilə eyni olan Yeni Azərbaycan Partiyasınin üzvü olaraq xalqımıza xidmət etməkdən qürur duyduq.
Rayon Agsaqqallar Şurası və burada təmsil olunan YAP rayon təskilatinin ilk uzvləri ve öncüllərinin birgə təşəbbüsü ilə keçirilən bu tədbir əslinde dovlətcilyimizin və mustəqilliyimizin mohkəmləndirilməsi yolunun YAP Bərdə rayon təşkilatının nümunəsində tarixi faktlara əsaslanan şanlı və şərəfli ekskursiyası oldu.







