Siyasət 

Prezident İlham Əliyevin xarici siyasi doktrinası ölkəmizin nüfuzunu daha da artırıb

Xaricdə yaşayan həmvətənlərimizin müdafiəsini ölkə başçısıprioritet məsələ hesab edir

 

Son vaxtlar Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və keçirdiyi uğurlu danışıqlar, o cümlədən əldə olunmuş razılıqlar,  ölkəmizin xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyinin bariz nümunəsidir. Xüsusilə də Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Qırğızıstan və Xorvatiyayasəfərləri ölkəmizin adıçəkilən dövlətlərlə faydalı və hərtərəfli əməkdaşlığının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. TDƏŞ-in VI Sammitindəki çıxışında ölkə başçısı Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını və bu əlaqələrin gündən-günə möhkəmləndiyini xüsusilə qeydedib. “Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir”, – deyən ölkə başçısı hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti ilə bağlı əlavə addımlar atılacaqdır.

Ölkə rəhbərinin bu səfərlər çərçivəsində İran dövlətinə və birbaşa rəsmlərinə ünvanladığı mesajlar, hətta xarici ölkələrin nüfuzlu media sektorunda ciddi müzakirəyə səbəb olub. Prezident açıq şəkildə ifadə edib  ki, Azərbaycan xarici ölkələrdə yaşayan həmvətənlərimizin pozulmuş hüquqlarının bərpası istiqamətində əlindən gələni əsirgəməyəcək. Təbii ki, prezidentin bu çıxışlarıhər dəfə Azərbaycana hədələrlə dolu fikirlər səsləndirən İran düşərgəsində, sözün əsil mənasında vahiməyə, əndişəyə səbəb oldu. Dərhal qarşı düşərgəni təmsil edən molla rejiminin nümayəndələri Azərbaycanla İran arasında tarixi dostluq, dırnaqarası qardaşlıq münasibətləri barədə tərif dolu çıxışlar səsləndirməyə başladılar.Onlarınqənaəti də bu idi ki, Prezident İlham Əliyevİran haqqında bundan sonra daha yumşaq fikirlər səsləndirəcək. Lakin rejiminin analitikləri bu dəfə də qənaətləriinin yanlış olduğunun şahidi oldular.

Belə ki, Prezident İlham Əliyev növbəti çıxışlarında daha kəskin münasibət sərgilədi:“Mən İranın üç Prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında xüsusi vurğuladı.Dövlət başçısı daha sonra bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Prezident İlham Əliyevin son bir ay ərzində çevik diplomatik fəaliyyətinin əsas istiqamətlərindən birini də Avropa təşkil etmişdir. Bu da təsadüfi xarakter daşımır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, o cümlədən regional və qlobal təhlükəsizliyə verdiyi töhfə ilə də diqqət mərkəzindədir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən müddət ərzində qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanmış sənədlər əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Bu mənada Prezident İlham Əliyevin Xorvatiyaya səfəri xüsusi maraq doğurur və Avropa İttifaqının üzvü kimi rəsmi Zaqreblə ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Xorvatiyanın Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyini vurğulayan ölkə başçısı çıxışında Xorvatiyaya minnətdarlığını bildirərək,Azərbaycanın Avropa İttifaqı ilə yeni sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyini və bu da tərəflərin əməkdaşlığında çox mühüm mərhələ olacağınıxüsusi qeyd edib.

Ümumiyyətlə Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Bütün bunlar onu deməyə əsas verir ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

 

Şeyda Əzizova

«AranMedia» QROUP-un direktoru

 

Daha çox xəbərlər