Hadisə 

Daşkəsəndə minik avtomobili “KamAZ”la toqquşub: Ölən var – FOTO

Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hərəkətdə olan “Niva” ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Daha çox xəbərlər