Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

ARANTV.AZ xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.