Şirvanda 15 yaşlı yeniyetmə intihara cəhd etdi

Şirvanda 15 yaşlı yeniyetmə intihara cəhd etdi

Şirvanda 15 yaşlı yeniyetmə canına qəsd etmək istəyib.

APA-nın məlumatına görə, Şirvan sakini, 2007-ci il Ş.H. yaşadığı Naxçıvan küçəsi 174 ünvanında özünü asaraq intihara cəhd edib.

Son anda yaxınları tərəfindən xilas edilən 15 yaşlı yeniyetmə Şirvan xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.