Maraqlı 

2023-cü il kimin üçün düşərli olacaq? – Bürcləri gözləyən risklər

Həyat sadəcə ritmik notlar üzərində qurulmayıb, bəzi dönəmlər olduqca təhlükəli ola bilər. Astroloqlar bu dönəmdə mümkün qədər ehtiyatlı olmağı tövsiyə edib.

ARANTV.AZ  xəbər verir ki, məşhur taroloq və parapsixoloq Qalina Yanko 2023-cü ildə bürcləri gözləyən risklər və uğursuzluqlardan danışıb.

Onun 2023-cü ilə dair ulduz falını təqdim edirik.

Qoç

Qoç bürclərini əla bir il gözləyir. Yanvar ayında Saturn Oğlaq bürcündən ayrılaraq Dolça bürcünə girəcək. Bu, maliyyə sahəsində dönüş yarada bilər. Hər hansı şirkətdə adi bir işçi və ya bizneslə məşğul olmağınızdan asılı olmayaraq, sizi böyük işlər gözləyir. Bütün işlərinizdə uğur qazanacaqsınız, həm də gəlirləriniz artacaq. Aprel ayında Yupiter Qoç bürcünə keçir və bu sizi özünüzə qapılmağa sövq edə bilər. Aprelin 14-dən başlayaraq bəzi sağlamlıq problemləri yaşaya bilərsiniz. Bundan əlavə, sevgi və evlilik həyatınızda münaqişələr və mübahisələrin olması gözlənilir.

Buğa

Buğa bürclərini 2023-cü ildə qeyri-müəyyən perspektivlər gözləyir. Taleyinizi təyin edəcək Saturn 10-cu evdən öz bürcünüzə daxil olur. Ona görə də gecikmiş layihələrin başa çatdırılması ehtimalı yüksəkdir. İşdə uğur qazana bilərsiniz, sahibkarlar isə biznesdə gözlənilməz yüksəliş əldə edəcəklər. Bəziləriniz yeni vəzifəyə keçəcəksiniz. Aprelin 21-nə qədər böyük ehtimalla maddi cəhətdən uğur qazanacaqsınız, bütün qazanc imkanlarınız açıq olacaq. Bununla belə, ulduzlar aprelin 22-dən etibarən böyük investisiyalardan qaçmağı tövsiyə edir, xərcləriniz qəfil arta bilər. Həmçinin ciddi və gözlənilməz problemlərlə üzləşəcəksiniz.

Əkizlər

Bu il sizin üçün uğurlu il olacaq. 9-cu evdə Saturnun hərəkəti böyük nailiyyətlər əldə etməyə kömək edəcək. Rahunun 11-ci evdə olması maliyyə artımını bildirir. Bu onu göstərir ki, gələn il maliyyə vəziyyətiniz həmişəkindən daha yaxşı olacaq. Taro kartlarına görə, 30 oktyabrda Ketunun 5-ci evdən köçməsi nəticəsində şəxsi münasibətlərdə problemlərlə qarşılaşacaqsınız. Dostlara çox güvənməyin. Saturn sizi müstəqilliyin daha yaxşı olduğunu başa düşməyə vadar edəcək. Mars və Venera isə sizə uğur gətirəcək.

Xərçəng

Xərçənglər qarışıq bir il keçirəcəklər. Aprelin 12-də Rahunun 10-cu evdən keçməsi işçilər üçün yaxşı heç nə vəd etmir. İşdə çətinliklərlə üzləşməli ola bilərsiniz. Bəziləri işdən çıxmaq qərarına gələ bilər. Ketu 4-cü evdən keçəcək və bu, rahatlığınıza mənfi təsir göstərə bilər. Saturnun 8-ci evdən hərəkəti evlilik həyatında problemlər yarada bilər. İş adamlarını çoxlu imkanlarla dolu yaxşı il gözləyir – biznesinizi genişləndirə biləcəksiniz. Saturnun 2-ci evdə olması maliyyə vəziyyətinizdə dəyişikliklərə səbəb ola bilər. 9-cu evdə Yupiterin hərəkəti isə sizi mənəvi inkişafa aparacaq. 2023-cü ildə sağlamlıq problemləriniz olmayacaq.

Şir

Rahu 9-cu evinizdən keçir, ona görə də 2023-cü ildə böyük ehtimalla xaricə gedəcəksiniz. Ketunun 3-cü evdən hərəkəti sizi daha cəsarətli və ürəkli edə bilər. İş yerində yeni istiqamətlərə yol aça bilərsiniz, maaşınızda da artım gözlənilir. 2023-cü il tacirlər üçün çox uğurlu il olacaq, biznesinizi yaxşı inkişaf etdirmək üçün hər cür imkanınız olacaq. Saturnun 7-ci evdən hərəkəti xoşbəxt və ahəngdar bir evlilik həyatı deməkdir. Həmçinin Taro kartlarının işarələrinə görə, eşq həyatınızdakı problemlərdən qaçış mümkün olmayacaq. Yupiterin 8-ci evdən hərəkəti maliyyənizi gücləndirə bilər. 2023-cü ildə səhhətinizdə hər hansı problem olmayacaq.

Qız

Evlilik həyatınız sakit və harmoniya içində axıb gedəcək. Həyat yoldaşınız dinə və ya mənəvi kamilliyə meyl sala bilər. Maddi məsələlərdə qeyri-sabitlik gözlənilir, lakin xərclər də kəskin şəkildə arta bilər. Lazımi araşdırma aparılmadan qoyulan investisiyalar ziyanla nəticələcək. Səhhətiniz yaxşı olacaq, lakin aprelin 22-də yol qəzası keçirə bilərsiniz, ehtiyatlı olun.

Tərəzi

Ulduzlar göstərir ki, yeni ilin əvvəlində Tərəzi bürcü altında doğulanlar arzuladıqları evi və ya avtomobili almaq fürsəti əldə edə bilərlər. Rifahınız artacaq, bütün bunları çəkdiyiniz və göstərdiyiniz əziyyət və əzm hesabına başa gələcək. Yanvarın 17-də planetiniz Saturn görünəcək və dördüncü evinizi tərk edərək beşinci evə köçəcək. Bu zaman sevgi münasibətləriniz sınağa çəkiləcək: əgər partniyorunuza sadiq qalsanız, bağlılığınız güclənəcək, əks halda ayrılıq riski var.

Əqrəb

Yeni il Əqrəb bürcü altında doğulanlar üçün uğurlu olacaq, çünki Saturn üçüncü və beşinci evlərdə olacaq və işinizi irəli aparmaq üçün sizi biznesdə riskə getməyə təşviq edəcək. Yupiter sizə səyləriniz nəticəsində maliyyə uğurları əldə etməyə imkan verəcək. Aprelin 22-də Yupiter Rahu və Günəşin birləşməsində – 6-cı evinizdə olacaq. Bu zaman mədə problemləri, piylənmə, yüksək xolesterin və hər hansı vəzilərin böyüməsi də daxil olmaqla sağlamlıq problemləri ilə üzləşə bilərsiniz. Özünüzü qoruyun.

Oxatan

2023-cü il Oxatanlar üçün məhsuldar il olacaq. İlin əvvəlində həm xaricə, həm də qısa məsafələrə səyahət edə biləcəksiniz və səyləriniz karyera uğurlarına səbəb olacaq. Martın 28-dən aprelin 27-dək olan dövrdə Bürc hökmdarınızın astral vəziyyəti işinizdə bəzi maneələr gətirə bilər, sağlamlıq problemləriniz də ola bilər. Aprel ayında romantik münasibətlərdə diqqətli olmalısınız, çünki Yupiter Rahu ilə beşinci evə girəcək və bu müddət ərzində sevgi münasibətləriniz pis bitə bilər.

Oğlaq

Saturn planeti ikinci evinizə köçəcək və maliyyə vəziyyətinizi yaxşılaşdıracaq. Ailəniz genişlənəcək, gəlirləriniz artacaq, əmlak alqı-satqısından qazanc əldə edəcək, həmçinin torpaq sahəsi alacaqsınız. Ulduzların quruluşu xəbər verir ki, ev tikdirsəniz, uğur qazanacaqsınız. Yaxınlarınızla münasibətləriniz korlansa da, yaxşı maddi durumunuz həyatdan zövq almağa imkan verəcək. Noyabrın 3-dən dekabrın 25-dək olan müddətdə itkilərlə üzləşə bilərsiniz. Özünəinamsızlıq rəqiblərinizə məğlub olmağa gətirib çıxara bilər.

Dolça

İlin əvvəli sizə sevinc gətirəcək, həm də maliyyə sabitliyi tapmağa imkan verəcək. Xarici tərəfdaşlar, güclü əlaqələr, yaxşı və uzunmüddətli müştərilər qazanacaqsınız. Yeni işgüzar müqavilələr bağlayacaq, imkan dairənizi genişləndirəcək yeni insanlarla tanış olacaqsınız. Yaxın ətrafınızda sizə rahatlıq bəxş edəcək, həm də emosional stressi aradan qaldırmağa kömək edəcək. Aprel-may aylarında ailədə harmoniya hökm sürəcək, yeni avtomobil almaq mümkün olacaq, xərclər azalacaq, maddi vəziyyət yaxşılaşacaq. Sevinə bilərsiniz, çünki yeni ildə sizin üçün həqiqətən təhlükəli tarixlər yoxdur!

Balıq

Yupiter ilin əvvəlində Buğa bürcündə görünəcək və sizə bütün problemlərdən qoruyacağı uğurlu bir il gətirəcək. Bununla belə, bütövlükdə il eyni dərəcədə eniş-yoxuşlarla bol olacaq. Bu, qərarlar qəbul etməyə kömək edəcək, biliklərinizi bir çox mühüm problemləri həll etmək üçün istifadə edəcəksiniz. İstər karyera, istər şəxsi həyat, istər ailədə ciddi qərarlar verəcəksiniz. Yanvarın 17-də Saturn on birinci evinizə daxil olacaq. Bu müddət ərzində gözlənilməz xərclər və ya işdə problemlərlə qarşılaşa bilərsiniz. Xərclərin çoxu səhhətinizdəki problemlərlə bağlı olacaq.

Daha çox xəbərlər