Qarlı hava Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirib
Ötən gündən etibarən müşahidə olunan qarlı, şaxtalı hava Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirib.
ARANTV.AZ xəbər verir ki, xüsusilə Yasamal aşırımı hissəsindən keçən ərazidə buzlaşma müşahidə olunur.
Gecə saatlarından etibarən yolları qardan və buzdan təmizləmək üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumları tərəfindən tədbirləri görülür. Yollara duz qarışıq qum səpilir. Yol polisləri sürücüləri diqqətli olmağa çağırıb.

