Cəmiyyət 

Azərbaycanda hiss olunan güclü zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO

Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, zəlzələnin episentri Dağıstanda Mahaçqaladan 82 km cənub və cənub-qərbdə yerləşib.

Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

10:57

Gəncə, Goranboy və Zaqatalada zəlzələ olub.

Oxu.Az-a yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ təxminən 40-45 saniyə davam edib.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, Cənubi Qafqazda mərkəzi Mahaçqala olan 5,6 ballıq zəlzələ qeydə alınıb.

Daha çox xəbərlər