Hadisə 

Qardaşının evində özünü öldürən qadının kimliyi bilindi – YENİLƏNİB

Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, həmin şəxsin 65 yaşlı Əsədova Tamilə Məhərrəm qızı olduğu üzə çıxıb.

Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

11:58

Bakıda qadın özünü 4-cü mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Qardaşıgilə qonaq gələn qadının özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi bildirilir.

65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər