Moskvada ticarət mərkəzi yanır – FOTO
Rusiyanın Moskva şəhərində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.
Yanğın 7000 kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Təxliyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər.
Mənbə: TASS

