Siyasət 

Baş nazir: “Şəhid ailələri və müharibə əlillərinə dəstək davam etdiriləcək”

“İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, ilkin hesablamalara görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur.

“Bunun 58%-i azad edilmiş ərazilərə yönəldiləcək”, – deyə baş nazir əlavə edib.

Baş nazir deyib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra, son 2 ildə “Böyük Qayıdış” layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib.

Əli Əsədov 2023-cü ildə Azərbaycan hökuməti şəhid ailələri, müharibə əlillərinə dəstəyi davam etdirəcək.

Daha çox xəbərlər