Hadisə 

Dumanlı hava zəncirvari qəzaya səbəb oldu: Xəsarət alan var

İsmayıllı rayonunda zəncirvari qəza olub.

APA-nın xəbərinə görə, İsmayıllı-Qaraməryəm avtomobil yolunda VAZ-2106, “Mitsubishi” və “Fiat” markalı avtomobillər toqquşublar.

Nəticədə sürücülərdən biri xəsarət alıb, maşınlara ciddi ziyan dəyib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Daha çox xəbərlər