Dünya 

Braziliyanın DÇ-də məğlubiyyətindən sonra atışma: 17 yaşlı qız həlak oldu

Cümə günü futbol üzrə Braziliya milli komandasının dünya çempionatının 1/4 final matçında  Xorvatiyaya uduzmasından sonra atışma baş verib.

Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə San-Paulu ştatının Barretuş şəhərində baş verib. Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə az sonra küçədə davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.

17 yaşlı qız güllə yarasından ölüb, rəfiqəsi ağciyərindən güllə yarası alıb.

Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.

Mənbə: TASS

Daha çox xəbərlər