Siyasət 

Avropa İttifaqının səfiri Ağalının quş uçuşundan görüntüsünü paylaşdı – YENİLƏNİB + FOTO

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko artıq Zəngilandadır.

Bu barədə diplomat özünün “Twitter” hesabında məlumat verib. Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, avropalı diplomat həmçinin Ağalı kəndinin quş uçuşundan görüntüsünü də paylaşıb.

09:25

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.

Bu barədə diplomat özünün “Twitter” hesabında məlumat verib.

“Bu səhər Zəngilana uçuruq, Azərbaycanın bütün ərazilərinə səfər edirik. Bu gün Zəngilanda Ağalıda və Qubadlıda olacağıq”, – deyə o bildirib.

 

Daha çox xəbərlər