Cəmiyyət 

Məktəbdənkənar müəssisələrdə çalışanların 79,7 faizi ali təhsillidir

Azərbaycanda Elm və Təhsil Nazirliyi sistemi üzrə 178 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunun 92-si uşaq idman-şahmat məktəbləri, 86-sı isə uşaq-gənclər inkişaf mərkəzləridir.

ARANTV.AZ  xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət 2022” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, 2022-ci ildə bu təhsil müəssisələrində 1295 pedaqoji işçi çalışıb. Onların 79,7 faizi ali, 0,5 faizi natamam ali, 17,6 faizi orta ixtisas, 2,2 faizi tam orta təhsillidir.

Daha çox xəbərlər