Dünya 

Almaniyada insanları girov götürən şəxs öldürülüb – YENİLƏNİB

Almaniyanın Drezden şəhərində insanları girov götürən şəxs öldürülüb.

Qeyd olunur ki, polis girovların azad edilməsi zamanı ona atəş açmaq məcburiyyətində qalıb.

Nəticədə o, aldığı güllə xəsarətindən sonra ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırmaların davam etdirir.

Mənbə: Bild

16:19

Drezden şəhər polisi tərəfindən axtarılan silahlı şəxs həbs olunub.

Onun girov götürdüyü iki nəfər azad edilib. Onlar xəsarət almayıblar.

Ticarət mərkəzindəkilər təxliyə edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları şəhər mərkəzinə getməkdən çəkindirirlər. Əməliyyatla əlaqədar ictimai və şəxsi nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Almaniyanın ən məşhur Milad bazarlarından biri olan “Striezelmarkt” bağlanıb.

15:50

Almaniyanın Drezden şəhərini silahlı şəxs bir-birinə vurub.

40 yaşlı Almaniya vətəndaşının bir nəfəri güllələdiyi, daha sonra “Radio Dresden” radiostansiyasının ofisinə soxulmağa çalışdığı, daha sonra isə yoxa çıxdığı və ticarət mərkəzinin yaxınlığındakı binalardan birində özünə barrikada qurduğu barədə xəbər yayılıb.

İlkin məlumata görə, güllə yarası alan şəxsin öldüyü təsdiqlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılan press-relizdə şəhərdə əməliyyat aparıldığı qeyd edilir.

Bununla əlaqədar ictimai və şəxsi nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şəhər mərkəzi bağlıdır. Ticarət mərkəzi və ətraf ərazilər boşaldılır.

Sakinlərdən hadisə yerinə yaxınlaşmamaq xahiş olunub.

Mənbə: Radiodresden

Daha çox xəbərlər