YAP: Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ili ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda qeyd edilib:
“Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutaraq öz qəlbində saxlayır, yaşadır və minnətdarlıqla anır”.

