Region Xəbərləri 

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər, səni ən dərin hörmət, ehtiram və minnət hisslərimizlə anırıq!

Uzaqlardan gələn qaranay səsi, Ulu Öndər!
Uzaqlardan eşidilən qaranay səsiydi sanki :- Hamıya! Hamıya! Hamıya! Sizi Türk dünyasının ən qüdrətli dühalarından biri- məşhur siyasətçi, diplomat və dövlət xadimi Heydər Əliyevin yaratdığı “Yeni Azərbaycan Partiyası”na üzv olmağa çağırırıq. Qeyd olunduğu kimi hamıya, bütün xalqa səslənişdi bu. O xalqa ki, siyasi hərc-mərcliyin içərisində boğulur, dövlət idarəçiliyi deyə bir nəsnə yox olub və hər kəs prezidentdir, hər kəs idarəçidir. Kimin əlində bir avtomat, kimin belində bir tapança varsa o, olduğu yerin ağasıdır. Bütün bunların fonunda qonşu dövlət də ərazi iddiasına qapılaraq xalqın ən dəyərli sərvəti olan torpaqlarını işğal edir. Niyə də etməsin?! Bunun üçün kifayət qədər münbit zəmin var. Ölkə məhv olmanın astanasındadır. Ancaq uzaqlardan gələn bu qaranay səsi məhv olmanın eşiyində olan bir xalqı oyatdı. Məşhur bir deyim var: “Qul sıxışmadıqca, Xızır yetişməzmiş”. Heydər Əliyev Azərbaycan xalqına Xızır misalı yetişdi və hər kəsi yaratdığı “Yeni Azərbaycan Partiyası”nda birləşməyə səslədi. Bəs yaxşı nə vəd edirdi, məqsədi nə idi? Bu suala da özü cavab verirdi , “1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır”. Bu fikir partiyanın təbliğat braşürasında da konseptual şəkildə öz əksini tapırdı “ partiyanın əsas məqsədlərindən biri konstruktiv yolla, bütün qüvvələrin köməyi ilə xalqımızı böhrandan çıxarmaqdır” . Bu, nicat yolunun başlanğıcı idi və Azərbaycan xalqı da bunun fərqindəydi. Elə ona görədir ki, xalq öz liderini seçmiş və onun hakimiyyətə gəlməsi üçün küçələrə axışaraq, bir növü qurtuluş “savaşı”na başlamışdır. Ancaq bu o qədər də asan olmayacaqdı. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməyini istəmirdi torpaqlarımızı sot-sot, hektar-hektar, kənd-kənd, şəhər-şəhər satanlar. Onlar bilirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlsə bütün qurulan oyunlar pozulacaq və hər vəchlə Heydər Əliyevə qarşı çıxmağa, onun hakimiyyət başına gəlməsinə mane olmağa çalışırdılar. Amma unutduqları bir nüans vardı, milli iradə. Bəli hər nəsnəni qırmaq olar. Lakin milli iradəni qırmaq mümkünsüzdür. Elə bu milli iradə müxalifət kimi yaranan “Yeni Azərbaycan Partiyası”nı 1993-cü ildə iqtidara gətirdi və Heydər Əliyev yeni Azərbaycan Respublikasının prezidenti olaraq bir xalqın “Ulu Öndər”inə çevrildi. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkədə baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar və bütün bunların nəticəsi olaraq xalq öz öndərinə, öz liderinə təbiri yolveriləndirsə dörd əllə sarıldı. Heydər Əliyev tək partiya yaratmadı, o, eyni zamanda özündən sonra da davam edəcək siyasi irs yaratdı və bu gün o irs Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev tərəfindən layiqincə və qüsursuz davam etdirilir. Azərbaycan xalqı qədirşünas xalqdır. Heydər Əliyevin və onun davamçısı olan İlham Əliyevin xalqımızın menafeyi, rifahı və inkişafı naminə atdığı bütün addımları, gördüyü bütün işləri qiymətləndirir və dəstəkləyir. Elə bunun bariz nümanəsidir ki, Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir və partiya sıralarına qoşulanlar əksəriyyət etibarilə gənclərdir.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək və bu yolda Azərbaycan xalqı öz liderinin ətrafında “dəmir yumruq” kimi birləşəcək!
Əbulfəzəmin Cəbrayıl,
YAP Bərdə rayon təşkilatı təbliğat qurupunun üzvü,
Otuzikilər ərazi partiya təşkilatının sədr müavini,
Bərdə RİHB-nin Otuzikilər kənd İƏD üzrə nümayəndəsinin müavini

Daha çox xəbərlər