Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Azərbaycan xalqına azadlığı qazandıran ümummilli lider Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də hər şeydən çox sevdiyi xalqı ilə vidalaşsa da, xalq həmişə onu xatırlayır və xatirəsini əziz tutur.12 dekabr-O gündən 12 il ötür. Amma xalq onu eyni məhəbbətlə sevir və xatırlayır. Hər il olduğu kimi bu il də Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəb rəhbərliyinin göstərişi və müəllimlərimizin səyi nəticəsində şagirdlərlə birlikdə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir mərasimi keçirildi.







