Region Xəbərləri 

Salyan, Neftçala, Hacıqabul və İmişlidə ulu öndərin xatirəsi yad edilib

Salyan, Neftçala, Hacıqabul və İmişli rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

ARANTV.AZ  xəbər verir ki,  hər dörd rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin qeyd olunan rayonların mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha çox xəbərlər