Hadisə 

Bakıda 52 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 52 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Yolu keçən 1970-ci il təvəllüdlü Kərimova Nailə Adil qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər