Sosial 

70-ə yaxın qadın məscidlərdə dini ayin icraçısı olmaq üçün müraciət edib

Qadın dini ayin icraçısı vəzifəsinə 7 vakant yeri üzrə ümumilikdə 69 müraciət qeydə alınıb.

ARANTV.AZ  xəbər verir ki,  bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdiri artıq sənəd qəbulunun bitdiyini deyib:

“Bildiyiniz kimi, ilk dəfə olaraq, qadın dini ayin icraçısı vəzifəsi üzrə vakant elan olunub. Ümumilikdə 7 vakant yer ayrılıb və bu yerlərə 69 sənəd qəbulu olub. Yaxın zamanlarda müsahibə mərhələsi başlayacaq”.

Elnarə Kərimova ölkəmizdə xurafata meylliliyin qadınlar arasında da yayıldığını vurğulayıb:

“Qadınlarımız arasında da xurafata, radikalizmə meyillilik halları yayılmaqdadır. Biz buna təəssüf edirik. Bu cür tədbirlərimizin məqsədi xurafatla mübarizə, həmçinin qadınlarımızın potensialından istifadə etməkdir”.

Daha çox xəbərlər