Astarada çay yığımı başa çatıb

Astarada çay yığımı başa çatıb

Astarada çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biridir. Bu baxımdan çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Astarada çay yığımı başa çatıb. Rayonda 231,5 hektar çay sahəsi var və bu sahələrdən 662,5 ton məhsul götürülüb.

Çayçılıqla məşğul olan 3 müəssisə tərəfindən 199,8 ton, əhali təsərrüfatları tərəfindən isə 462,7 ton məhsul yığılıb.