Bu il vəfat edən jurnalistlərimiz – SİYAHI
2022-ci ilin sonlarındayıq. Bu ilin bitməsinə az qalıb. Hər il olduğu kimi, bu il də yaxşı və pis hadisələrlə yadda qaldı. Tanınmış şəxsləri itirdik. Aralarında media işçiləri və jurnalistlər də var.
2022-ci ildə dünyasını dəyişən jurnalistlərimizin sıyahısını təqdim edirik:
Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli iyunun 7-də 80 yaşında dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib. İyulun 16-da vəfat edən jurnalist səhhətindəki problemlə əlaqədar müalicə olunurdu.
Tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən vəfat edib. Avqustun 3-də dünyasını dəyişən A. Zeynalov Keçmiş “HOST” qrupunun üzvü AİD ləqəbli reper Orxan Zeynallının atasıdır.
Tanınmış idman yazarı Şakir Yaqubov 15 oktyabrda dünyasını dəyişib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü olmuş Şakir Yaqubov 71 yaşında dünaysını dəyişib.
Vəfat etmiş jurnalistlər arasında ən gənci jurnalist İlkin Zərbəliyev olub. Televiziya sahəsində fəaliyyət göstərmiş İ.Zərbəliyev 45 yaşında dünyasını dəyişib. O, uzun illər idi ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkirdi.
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf Ənvər Çingizoğlu (Fərəcov) 60 yaşında ürəktutmasında dünyasını dəyişib. Mərhum Ə.Çingizoğlu AzTV-nin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Tanınmış jurnalist Hafiz Məzahir oğlu Hüseynxanlı ömrünün 77-ci ilində uzun xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum ömrünün 60 ildən coxunu jurnalistikaya həsr etmişdi.


