Hadisə 

Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub

Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub.

ARANTV.AZ  xəbər verir ki, hadisə noyabrın 21-də rayonun Nazırlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Tufan oğlu evinin həyətində qonşusu, 1994-cü il təvəllüdlü Orxan Tofiq oğlu ilə mübahisə
edərək ona zərbə vurub sağlamlığına ağır zərər yetirib.

Dekabrın 14-də faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Daha çox xəbərlər