Təhsil 

Nazir: Bölgələrdə yaşlı müəllimlərin İKT bacarığı əsasən aşağıdır

“Bizə əsas irad yaşlı müəllimlərlə bağlıdır. Sertifikasiyada 1653 müəllimin yaşı 60-dan yuxarı idi”.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bölgələrdə yaşlı müəllimlərin informasiya kommunikasiya texnologiyaları (İKT) bacarığı əsasən aşağıdır: “Amma uşağın qətiyyən günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir. Uşaqlar bu cəmiyyətin parçasıdır. Onların gələcək həyatını İKT-siz təsəvvür etmək olmur. Sertifikasiyada 25-29 yaşlı müəllimlərin arasında cəmi 3 nəfər 30-40 bal yığıb, əksəriyyət yüksək bal yığıb. Yəni arxadan gələn nəsil öz fənnini daha yaxşı bilir”.

Daha çox xəbərlər