Cəmiyyət 

Rusiya aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş etdi

Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib.

“Boeing 737” markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

Daha çox xəbərlər