Siyasət 

Əli Əsədov Tbilisidə gürcü həmkarı ilə görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.

Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

10:34

Baş nazir Əli Əsədov Gürcüstana rəsmi səfərə gedib.

APA xəbər verir ki, səfər çərçivəsində Baş nazir Əli Əsədov və gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında təkbətək görüş keçiriləcək. Daha sonra hər iki ölkənin baş nazirinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə birgə iqtisadi komissiyasının lX iclası başlayacaq.

 

Daha çox xəbərlər