Hadisə 

33 yaşlı kişinin hamamda meyiti tapıldı

Xaçmazda kişi dəm qazının qurbanı olub.

Lent.az xəbər verir ki, hadisə Ləcət kəndində qeydə alınıb.

33 yaşlı Usubəliyev Elson Elşad oğlu gecə saatlarında evin hamam otağında dəm qazından zəhərlənib.

O, hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər