Gündəm 

Media savadlılığının artırılması böyük maliyyə dəstəyi tələb edir

Media savadlılığı ümumilikdəcəmiyyət üçün böyük önəm kəsb edir.Elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə ölkədə media savadlılığını artırmaq, mütərəqqi texnologiyalar  və kommunikasiyavasitələrindən düzgün və aktiv şəkildə
istifadəni təbliğ etmək, ümumilikdəmedianın inkişafına dəstək olmaq bu gün zamanın vacib tələblərindəndir. Qlobal informasiya məkanının ayrılmaz parçası olan Azərbaycanda dakommunikasiya vasitələri, o cümlədən internet, sosial şəbəkələr insanların gündəlik tələbatına çevrilmişdir. Ölkə əhalisinin 80%,-dən çoxu sosial şəbəkə istifadəçisidir. Bu gün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına
malikdir. Lakin istifadəçi informasiyanı dəqiqləşdirməyi, mənbə göstərməyi, onun neqativ nəticələri barədə düşünmür. Bu mənada informasiya bolluğu şəraitində «feyk» xəbərlə doğru xəbəri ayırd etmək olduqca çətindir. Təəssüf doğuran haldır ki, sosial şəbəkələrdə yayılan xəbərlər bir çoxhallarda ciddi saytlar və digər informasiya vasitələrində yayımlanır. Hazırda Azərbaycanın informasiya sektorunda onlayn media dominantlıq təşkil edir. Artıq, hətta televiziya və radioların sosial medianın arxasınca getdiyi müşahidə olunur. Buda peşəkarlıqla tamamilə ziddiyyət təşkil edir. Media savadlılığın ən bəsit hissəsi olaraq «internet gigiyenası» uşağın kompüter, smartfonla qarşılaşdığı andan etibarən aşılanmalıdır. Medianın inkişafına yönəlmiş çox sayda araşdırmalar göstərir ki, bu sahə Nordik ölkələrində ən yüksək səviyyədədir. Media savadlılığı indeksi müəyyən bir
ölkədə azad mediadan tutmuş təhsil səviyyəsini ölçən 100 ballıq şkala üzrə hesablanır. Ən yüksək media indeksi göstəricisinə malik olan Finlandiya media savadlılığı göstəricilərinə görə ən qabaqcıl ölkələr siyahısındadır. Media savadlılığına cavabdeh olan əsas qurum olaraq MEKU bu sahəyə aid olan məqamları stimullaşdırır, dünya mediasında əks etdirir.Media savadlılığının artırılması ümumilikdə cəmiyyət üçün böyük önəm kəsb edir. Belə ki, insanlar informasiya bolluğu şəraitində doğu olanı seçmək imkanı qazanır. Bu amil bütün yaş qrupları üçün
vacib olsa da, azyaşlıların, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi xüsusilə vacibdir. Ölkəmizdə media savadlılığının təmin edilməsi istiqamətində QHT-lərin də
imkanlarından səmərəli şəkildə istifadə etmək lazımdır. İlk öncə bu sahədə QHTlərin görə biləcəyi işlər müəyyənləşdirilməlidir. Bu mənada sözügedən qurumlar media savadlılığının tədbiqinə yönəlmiş Dəyirmi Masalar, interaktiv mühazirələr, broşür və çap
məhsullarının nəşrini həyata keçirə bilərlər. QHT-lərin ekspertləri, müəllimləri, təlimçiləri, tələbələri və s. bu prosesə cəlb
etmələri məqsədəuyğundur.Sonda onu da qeyd etmək olar ki, bizlər media və informasiya savadlılığının qaçılmaz təlabat halına gəldiyi bir əsrdə yaşayırıq. Azərbaycanda internetin, rəqəmli
mühitin inkişafı ilə əlaqədar olaraq son onillikdə bir sıra işlər və layihələr həyata keçirilib ki, həmin fəaliyyət media savadlılığı istiqamətində töhfə hesab oluna bilər. Lakin məsələnin aktuallığını,Azərbaycanda media savadlılığının inkişafına böyük ehtiyacı nəzərə alaraq bu fəaliyyətin koordinasiyaya, maliyyə
dəstəyinə, normativ- hüquqi bazaya ehtiyacı vardır.

Şeyda Əzizova
«AranMedia» QROUP-un direktoru

Daha çox xəbərlər