Cəmiyyət 

On bir ayda diri çəkidə ət istehsalı 2,9 faiz artıb

Cari ilin yanvar-noyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 522 min ton, süd istehsalı 1,9 faiz artaraq 2 milyon 36,3 min ton, yumurta istehsalı 8 faiz artaraq 1 milyard 821,5 milyon ədəd təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində yun istehsalı 2,3 faiz azalaraq 15,6 min ton, barama istehsalı isə 31,4 faiz azalaraq 341,4 ton olub.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı isə 3,4 faiz artıb.

Daha çox xəbərlər