Cəmiyyət 

Avtomobillərinin rəngini dəyişdirənlərin NƏZƏRİNƏ: 10 gün vaxt verilir

Azərbaycanda nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə o, 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

ARANTV.AZ  bildirir ki, bu barədə tələb “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə salınıb.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Daha çox xəbərlər