Şuşa-Laçın yolunda yandırılan tonqalın istisinə Avropanın bəzi paytaxlarında üşüyənlər var.
44 Günlük Vətən Müharibəsi düşmənin qəlbinə elə qorxu saldı ki, çətin ki o qorxu bir daha üstlərində gedə, ancaq bəzən sülhməramlıların bəzəndə kimlərinsə boş vədlərinə inanıb düşmən ümidlənmək istəyir. Bu Vətən havası ilə suyu ilə daşı ilə Bizimdir! Bu gün Şuşa Laçın yolunda Vətəndaş cəmiyyətimizin nümayəndələrinin aksiyası bunu bir daha bütün dünyaya sübut edir. Axı Qarabağ iqtisadi rayondu bizim təbii sərvətlərimiz ermənilər və onların havadarları tərəfindən talan edilir. Üstəlik o sərvətlərin hər damlasında, hər qramında bizim millətin, bizim igid övladlarımızın haqqı var. Haqq demişkən ermənilərə haqq sözünü izah etmək çətin məsələdir, onlarda ümumiyyətlə haqq anlayışı yoxdur, belə olmasaydı hər zaman başqalarının olanları özlərinin bilməzdilər. Ermənilər deyirlər ki, guya Laçın yolunun bağlanması ilə bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi prosesi gedir. Amma özləri də hər kəsdən yaxşı bilir ki, biz öz torpağımızdayıq qədim yurd-yuva yerimizdə. Aksiya bir tonqqala başladı və bu gün Şuşa-Laçın yolunda yandırılan tonqalın istisi nəyinki Xankəndində, hətta İrəvanda belə hiss edilir. Avropanın bəzi paytaxlarında da, o tonqalın istisinə üşüyənlər var, verilən bəyanatlardan da, bu hiss edilir. İnsanlar bu aksiyaya qədər olan uzun yoldan yaxşı xəbərdardırlar. Məqsəd açıq və netdir, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. İllərlə ərazimizdə törətdikləri terrorun nəticələrini bu gün dövlətimiz milyardlarla pul xərcləyərək aradan qaldırır. Və bir daha hər kəs bilməlidir ki, sifarişlə gəlmiş məkirli məqsədləri olan ruben vardanyan kimi “iş adamının“ hansısa kirli əməllərini həyata keçirməsinə imkan verilə bilməz. Ekologiya fəallarımızın aksiyası cənab Prezidentin hər zaman tövsiyə etdiyi Vətəndaş nəzarətinin bir təzahürüdür. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan ermənilər də bilməlidirlər ki, ya cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi qanunlarımıza tabe olmalı, ya da ərazilərimizi tərk etməlidirlər.
Elçin Cəfərli – Bərdə rayon Məmmədli kənd tam orta məktəbin direktoru

