Azərbaycan-Türkiyə-Türkmənistan münasibətlərində yeni mərhələ başlayır
Dekabr ayının 14-də Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Zirvə Görüşündən əvvəl Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə, sonra isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşləri olub. Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr Türk dövlətləri arasında olan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bu gün əlaqələrin bütün istiqamətlərdə rəvan inkişaf etdirilməsinə imkan verir. Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Üç ölkə rəhbəri arasında keçirilən geniş tərkibli görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Bu gün Azərbaycanla Türkiyənin münasibətləri digər dövlətlərlə müqayisə ediləcək səviyyədə deyil. Ayrıca Türkiyə, Tükmənistan və Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir.Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır.
2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə çıxışında deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.Uzun illər ərzində bu məsələ bizim ölkələrimizdə, beynəlxalq maliyyə qurumlarında, sadəcə müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi.
Üç ölkə rəhbəri arasında keçirilən geniş tərkibli görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev üç dost və qardaş ölkələri maraqlandıran məsələlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə də nail olunub. Bu, Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə də birləşdirib. Türkiyəni Orta Asiya ilə, bizim dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirir. Şübhəsiz ki, bunun çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Bölgədə elə məsələ yoxdur ki, Azərbaycan onu həll edə bilməsin. Baxmayaraq ki, bəzi hallarda Azərbaycana qarşı müqavimət, ədalətsiz təzyiqlərlə etmək istəyənlər olur. Lakin Azərbaycan özünu çox inamlı hiss edir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və s. Bu gün Azərbaycanla-Türkiyənin gücü ondadır ki, bir-birlərinə arxalanırlar. Azərbaycan-Türkiyə-Türkmənistan birliyinin güclənməsi həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti var. Bu gün Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, öz növbəsində, Türkiyənin və Türkmənistanın mövqelərinə də dəstəkdir. Dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş bu münasibətlər türk dünyasına, ümumiyyətlə beynəlxalq siyasətə öz töhfəsini verəcək.
Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim

