Əsas səhifə 

Ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərlə bağlı uğurlu siyasəti

Heydər Əliyevin  məcburi köçkünlərlə hər görüşü əsl bayram olardı

 

Keçmiş qaçqın və məcburi köçkünlərin problemləri, qayğıları Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan daim diqqət mərkəzində saxlanılıb. Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən Ümummilli Lider bunu özünün bir nömrəli problemi adlandırırdı.O, dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Heydər Əliyevin  bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Onun hakimiyyəti illərində  məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi. Çıxışlarının birində ulu öndər demişdi: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”.

Bəli, dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. İşğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi. Qaçqın və məcburi köçkünlər ölkənin, demək olar ki, əksər bölgələrində məskunlaşmışlar. Bu cür məskunlaşma onların idarə edilməsində də problemlər yaradırdı. Məcburi köçkünlərinproblemləriulu öndərin siyasi kursunun layiqli davamçısıPrezident İlham Əliyevin tərəfindən uğurla davam etdirildi.

Ümummilli Lider Heydər Əliyev ideyalarından güc alan Müzəffər Ali Baş Komandan Prezident İlhamƏliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün torpaqlarımız işğaldan azad edilib, həmin ərazilərdə böyük quruculuq işləri aparılır. Çox keçməyəcək ki, «böyük qayıdış» planı çərçivəsində bütün məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaq və ulu öndər Heydər Əliyevin bir zamanlar arzuladığı kimi Azərbaycan xalqı daha böyük zirvələr fəth edəcək.

”Aran Media” qəzeti 

Daha çox xəbərlər