Gündəm 

Azərbaycan-Türkiyə münasibətlərində uğurlu addımlar

Bölgəmiz dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regiona çevrilib

 

Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı sarsıdan münaqişələrdaha böyük təhlükələrin meydana çıxmasına zəmin yaradıb. Bütün bu hadisələrə rəğmən Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Daha dəqiq ifadə etsək bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıqdayanır. Qürurverici haldır ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakaryadöyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşukimi tarixi hadisələrlə müqayisə olunur.

44 gün davam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, yuxarıda sadalanan amillərin hər biri vacib və digərinin inkişafı üçün tamamlayıcı olsa da, iki qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də müntəzəm olaraq birgə hərbi təlimlərin keçirilməsidir.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edərkən sözsüz ki, İkinci Qarabağ müharibəsində hərb tarixində dastan olan Türkiyənin pilotsuz uçuş aparatlarının adı öndə getməlidir.

Digər mühüm önəm daşıyan bir məqam odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu günlərdə Zəngilanda istifadəyə verilən beynəlxalq hava limanının açılışında iştirak etmək üçün Azərbaycana yenidən səfər edən Türkiyə Cümhuriyyətinin başçısının yenidən ölkəmizə səfəri dediklərimizin bir daha bariz nümunəsidir.

Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın deyil, bütün türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZERTAC) Türkiyənin Anadolu Agentliyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə Anadolu Agentliyi arasında sıx tərəfdaşlıq əlaqələri nümunəvi örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir.

 

Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir.

Bütün bu reallıqlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Daha aydın desək bu münasibətlərqardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.

”Aran Media” qəzeti 

Daha çox xəbərlər