Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təltif olunmuş YAP üzvlərinə mükafatların və “Tərəqqi” medallarının təqdim edilməsi keçirildi.
Bugün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təltif olunmuş YAP üzvlərinə mükafatların və “Tərəqqi” medallarının təqdim edilməsi keçirildi. Bütün çıxışlarda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevə minnətdarlıq, xalqımızın arzularını özündə ehtiva edən Ulu öndər Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsində bundan sonra daha əzmlə çalışmağa əminliyin ifadəsi əsas yer tutdu. Mən də öz çıxışımda bir ölkə rəhbəri olaraq bütün xalqımıza Zəfər sevinci yaşatmış cənab Prezidentimizə ikiqat minnətdar olduğumuzu, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda uğurların təminatçısı olan YAP üzvü olaraq çalışmaqdan qürur duyduğumuzu bildirdim!!! Ulu Tanrı qazandığımız Qələbələrin möhkəmləndirilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla hər birimizə, bütün xalqımıza kömək olsun!!!







