Şəhid qanı ilə yuyulan bu torpağın hər qarışı müqəddəsdir!
Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır şəhidlik.Bu məqam uca bir zirvə olmaqla yanaşı, həmdə bir məktəbdir. Bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nəolduğunu öyrənirik. Hərdəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədərdə qürur verici bir məqam olduğunu dərk edirik. Ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Hər kəsədə şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcədə bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaqki, onlar ən ali qürur mənbəyimizdir.6 dekabr 2022 -ci il tarixində şəhid Elşən Məhərrəmovun adını daşıyan 137 saylı tam orta məktəb şəhidin anım günü ilə əlaqədar tədbir təşkil edib.Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirin bədii hissəsində məktəblilər vətən pərvərlik mövzusunda çıxışlarını sərgiləyirlər. Şagirdlərin çıxışlarını izləyicilər böyük maraqla dinləyiblər.Tədbirin rəsmi hissisində şəhid ailələri,müəllim heyəti,medya üzvləri çıxış ediblər.
Daha sonra tədbirdə şəhidin atası İsgəndər Məhərrəmov,məktəbin direktoru Mətanət Abdullayeva, məktəbin şagirdi olmuş II Qarabağ müharibəsi şəhidi Samir Xudiyevin qardaşı Rəsul Xudiyev, I Qarabağ müharibəsi qazisi Ələkbər Ələkbərov,şəhid Məmmədli Sübhanın anası Nazilə Məmmədova, “AranMedyaGroup”-un direktoru Şeyda Əzizova çıxış ediblər. Sonda şəhidin atası,müəllim heyəti şəhidin məzarın ziyarət ediblər.Məhərrəmov Elşən İsgəndər oğlu 1971-ci il dekabrın 6-ı Bakı şəhərində anadan olub.1978-ci ildə 137 saylı tam orta məktəbin I sinfinə daxil olub.Təhsil aldığı dövrdə biliyi,nizam-intizamı,sakit və təmkinliyi hər zaman həmyaşıdlarından fərqlənib.1988-ci ildə həmin məktəbin X sinfini bitirdikdən sonra Bakı cihaz qayırma zavodunda işləmiş,1989-1991 illərdə hərbi xidmətdə olub.1992-ci ildə milli ordunun sıralarında xidmət edib. N saylı hərbi hissənin tərkibində Laçın,Fiqikbir,Fiqikiki,Yüləbird kəndlərinin müdafiəsində xüsusi fəallıq göstərib.1992-ci il oktyabrın 3-ü Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olub. Elşən Məhərrəmov elə doğulduğu kənddə dəfn olub.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 296 N°-li qərarıilə 4 avqust 1992-ci ildə Bakı Təhsil müəsissələrinə ad verilməsi haqqında 71-ci bəndinə əsasən 137 saylı tam orta məktəbə şəhidin adı verilib.
AIlah rəhmət etsin!

Şeyda Əzizova
«AranMedia» GROUP-undirektoru

