Kür çayında qadın meyiti tapıldı
Şirvanda Kür çayından qadın meyiti tapılıb.
APA-nın məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.
Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.

