Hadisə 

Bakı-Qazax yolunda TIR aşıb, sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. TIR idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

Gürcüstan vətəndaşı olan sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər