Region Xəbərləri Təhsil 

Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Dekabrın 21-də Şorəlli kənd tam orta məktəbdə kitabxanaçı T.Əliyevanın təşkilatçılığı ilə dahi Azərbaycan şairi-dramaturq Hüseyn Cavidin 140 illik yubleyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin kitabxanaçısı Tamara Əliyeva Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verdi, daha sonra H.Cavid haqqında videoçarxlar nümayiş etdirildi.Sonra viktorina təşkil olundu və qalib şagirdlərə kitanxanaçı tərəfindən hədiyyələr verildi.

Daha çox xəbərlər