Hadisə 

Bakıda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Ardınca “Mercedes-Benz” dəmir məhəccərə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, “Mercedes-Benz”də olan iki sərnişin yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

 

Daha çox xəbərlər