Gündəm 

Qazaxıstana birbaşa investisiya axını 28% artıb

Geosiyasi vəziyyətə və Qazaxıstandakı yanvar hadisələrinə baxmayaraq, investorlar ölkəyə qarşı müsbət tendensiyanı qoruyub saxlayırlar. Beləliklə, Qazaxıstana birbaşa investisiya axını 28% artıb.

ARANTV.AZ xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov deyib.

“Keçən il biz investisiyaların cəlb edilməsində pandemiyadan əvvəlki səviyyəyə çata bildik və bu məbləğ 23,7 milyard ABŞ dolları təşkil edib”- deyə o qeyd edib.

Aydarov onu da bildirib ki , cari ilin birinci yarısı üçün cəlb olunmuş birbaşa investisiyalar 14,5 milyard ABŞ dolları təşkil edib, bu keçən illə müqayisədə 28% artım deməkdir.

Daha çox xəbərlər