Bakıda qəzada 4 nəfər xəsarət aldı
Bakının Xəzər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Zirə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1961-ci il təvəllüdlü Babayeva İradə Qulu qızı, 1962-ci il təvəllüdlü Babayeva Xatirə Babakişi qızı, eyni yaşda olan daha 2 nəfər Hüseynova Naibə Ağarza qızı və Zeynalova Təranə Murad qızı xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.

