Cəmiyyət 

QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU!

Vətən nədir?

Vətən candır!Vətəni qorumaq , bizim borcumuzdur.Vətənpərvərlik hissi  ən yüksək mənəvi keyfiyyətimizdir.Xalqımız illərlə,əsrlərlə çox sınaqdan keçdi.Əzildi,amma heç bir zaman əyilmədi.Adət-ənənələrimizə,mənəvi dəyərlərimizə hər zaman  sahib çıxdıq.Vətənin bir qarış torpağın,bir ağac yarpağın belə düşmən əsarətinə həvalə etmədik.

Nə gözəl sözləmiş şair:

“Vətənin sevməyən insan olmaz

Olsa,o şəxsdə vicdan olmaz.”

Bu gün biz xoşbəxt nəsilik.Xoşbəxt nəsilik ki,igid oğulların vətəni olan Azərbaycanda yaşayırıq.O igidlər kivətəni ailəsi ilə bir tutdu.O igidlər ki xalqını illərin işğalından qurtardı.Nə xoşbəxt Azərbaycanlıyam deyənə.

Azan dinməz!

Bayraq enməz!

Şəhidlər ölməz!

Vətən bölünməz!

 

 

Vətən mənim bu günüm, 
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə. 

 

 

 

 

 

21 dekabr 2022-ci il tarixində”Aran Medya Group”-un rəhbərliyi ilə şəhid Rasim Məmmədov Əbdül oğlunun ailəsi ilə online tədbir təşkil olundu.Tədbirdə şəhidin anası Nazilə Məmmədova,qardaşları Şahin,Etibar Məmmədov,qızları Nuray və Nazlı,müəllim heyəti və digər qonaqlar iştirak etmişdir.

 

Tədbirdə ilk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildi.Tədbirin  I hissəsində şəhidin anası Nazilə Məmmədova söz verildi.Nazilə xanım oğlunun keçdiyi həyat yolundan, həmçinin qazi yoldaşı Əbdül Məmmədovdan ,onların vətən sevgisindən ,əzmindən söhbət açdı.Tədbirin  II hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlərini səsləndirdi.Uşaqların çıxışı izləyicilərin marağına səbəb oldu.Tədbirin sonunda şəhidin bibisi qızı  ,müəllim Tünzalə Hüseynova şəhidlər üçün şeirlər səsləndirdi.

 

 

Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub.Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi. 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.

 

Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getmiş və 1994-cü ildə həmin məktəbi bitirmişdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirib.Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etmişdi.

 

Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə “təlim taborunun tuşlayıcı tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə “təlim döyüş tankları” tağımının komandiri vəzifələrində çalışmışdı.

 

2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə “tank” tağımının komandiri vəzifəsində çalışıb.

 

Baş leytenant rütbəsi almasından 3 il sonra, 2005-ci ildə Rasim Məmmədov Səfər Əbiyevin əmri ilə kapitan rütbəsi aldı və N saylı hərbi hissədə “Mexanikləşdirilmiş bölük” komandiri vəzifəsində çalışmışdı.

 

Kapitan Rasim Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışmışdı.Daha sonra o, bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdi. Elə həmin ildə, 2011-ci ildə Rasim Məmmədov Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsi almışdı.

 

2011-ci ildən 2012-ci ilə qədər N nömrəli hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər, həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etmişdi.

 

18 aprel 2015-ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışıb.

 

 

Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdu.

 

Aprelin 5-i isə Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər rayon ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb  və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırılmışdı.

 

Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən Uğrunda” və “Qüsursuz xidmətə görə” II dərəcəli medalı ilə təltif edilmişdi.

 

Allah rəhmət etsin!

Layihə:”Aran Medya Group”un moderatoru:

Gülran Abbasəliyeva

Daha çox xəbərlər