Cinayətin qarşısı mütləq alınmalıdır
Uzun illər ermənilərölkəmizə qarşı həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində ölkəmizin təbiətinə, flora və faunasına, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, qarşı beynəlxalq ekoloji cinayət törədilib. Nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır.Regionda ekoloji terror bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu bizim vətəndaşlarımızın tələbidir.
Aksiyaçıların məramının bəlli olmasına baxmayaraq bir sıra erməni mənbələri dünya ictimaiyyətinə yalan məlumat verirlər. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Təcili tibbi yardım və digər humanitar məqsədli yüklər bu yolla maneəsiz daşınır və bu istiqamətdə heç bir problem yaşanmır.
Bir sözlə Azərbaycan ərazilərində ermənilər və onlarla işbirliyi quranlar tərəfindən yol verilən cinayətlərin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
“Aran Media” qəzeti

