Dünya 

ABŞ-də güclü çovğun səbəbindən 46 avtomobil toqquşub: Ölən və yaralananlar var – FOTO/VİDEO

ABŞ-də zəncirvari avtomobil qəzası baş verib.

Ohayo ştatında avtomagistral yolda 46 avtomobil toqquşub.

Polisin məlumatına görə, üç nəfər ölüb, xeyli sayda yaralananlar var.

İnsanlar avtobuslarla hadisə yerindən təxliyə edilirlər.

Hadisəyə Ohayo ştatındakı güclü çovğunun səbəb ola biləcəyi bildirilir.

Sakinlərdən diqqətli olmaları və ciddi zərurət olmadıqca sükan arxasında oturmamaları xahiş olunur.

 

Mənbə: “İzvestiya”

Daha çox xəbərlər