Cari ilin on bir ayında 1719 ton çay ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 10,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 7,6 milyon dollar olmaqla 1008 ton çay ixrac edilib.
