Hadisə 

Gəncədə 46 yaşlı kişi narkotik vasitənin təsirindən öldü

Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər